Sərxoş dostunun etdiyini özünə sığışdıra bilmədi - Məclisdən sonra borca görə QƏTL - VİDEO

Xəyal İsgəndərov və Zaur Sevdimalıyev (adlar şərtidir - red.) Bakı şəhərinin qonşu məhəllələrində böyüyüb, məktəb illərindən dost olublar.
Günlərin birində Zaur hərbi xidmətdə yaşadıqlarını danışır, xidmətdən yeni tərxis olunan Xəyal isə onu maraqla dinləyirdi. Söhbət zamanı Zaur cibində pul olmadığını deyir, Xəyal isə bunun problem olmadığını bildirir.
Daha sonra parkda gəzən dostlar skamyada oturaraq maddi çətinlikləri barədə danışırlar. Xəyal atasının ona pul vermədiyindən gileylənir, Zaur isə işsiz olduğunu və tezliklə iş tapmalı olduğunu deyir. Bir müddət sonra Xəyal onu kafeyə getməyə razı salır.
Kafeyə daxil olaraq vərdiş etdikləri kimi yeyib-içirlər. Sifarişi kafenin sahibi Gümrah qəbul edir. Məclis bitəndə hər ikisi sərxoş olur. Hesabı ödəyə bilməyən Xəyal Gümraha üstündə pul olmadığını deyir. Gümrah ona borcu ödəmək üçün üç gün möhlət verir. Xəyal Zauru da götürüb kafedən ayrılır.
Lakin iki gün sonra Zaur yoxa çıxır. O, zənglərə cavab vermir, evinə gedən Xəyala da heç kim qapı açmır. Xəyal dostunu hər yerdə axtarsa da, tapa bilmir. Nəhayət, yenidən Gümrahın yanına qayıdıb vəziyyəti izah edir. Gümrah isə borcun ödənilməli olduğunu bildirir və polisə müraciət edəcəyini deyir.
Növbəti gün Xəyal əsəbi şəkildə Zauru axtarmağa çıxır. Onu görəndə üstünə gedir, Zaur isə qaçmağa çalışır. Xəyal onu küncə sıxışdıraraq bıçaqla yaralayır və Zaur aldığı xəsarətlərdən həyatını itirir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












