Sərxoş halda avtoxuliqanlıq edib qəzaya səbəb olan qazi azadlığa buraxıldı - VİDEO

Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən, avtoxuliqanlıq törədən və nəticədə qəzaya səbəb olan sürücünün cəzası yüngülləşdirilib. Avtosfer.az xəbər verir ki, 2 ay müddətinə inzibati qaydada həbs edilən Tayfun Fərəcovun cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 1 aya endirilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi tədbirlər zamanı oktyabrın 28-də “Changan” markalı avtomobili sərxoş halda idarə edən Tayfun Fərəcov ictimai asayişi pozduğu, digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratdığı, polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün saxlanılmışdı. O, C. Hacıbəyli və M. Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqforu vuraraq yararsız hala salmışdı. Sürücü tibbi müayinəyə aparılıb və onun spirtli içkinin təsiri altında olması təsdiqlənib. T.Fərəcov barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsi onu 2 ay inzibati həbs cəzasına məhkum etmişdi. Tayfun Fərəcov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Şikayətində o, əməlindən peşman olduğunu, Vətən müharibəsində iştirak etdiyini bildirib. Onun “Füzulinin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi müəyyən edilib. Apellyasiya işi araşdırılarkən Fərəcovun qəza nəticəsində işıqfora dəymiş zərəri də ödədiyi üzə çıxıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Fərəcovun cəzası 1 aya endirilib və müddətin bitməsi ilə əlaqədar o, azadlığa buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












