Sərxoş halda məktəbdən oğurluq etdi

Sumqayıt şəhərində fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbdə oğurluq baş verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, sinif otağından proyektor, səsgücləndirici və noutbuk oğurlanıb. Məktəbə ümumilikdə 1799 manat ziyan dəyib. Polisə məlumat verildikdən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən R.Bayramov saxlanılıb. Məlum olub ki, o, başqa bir yerdə də oğurluq edib. R.Bayramova Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı R.Bayramov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlinin sərxoş olması ilə izah edib. İş üzrə zərərçəkmiş qismində tanınan məktəb direktoru A.Fleydanlı isə oğurlanan əmlakların ona deyil, məktəbə məxsus olduğunu əsas gətiərərək zərərçəkmiş statusuna xitam verilməsini xahiş edib. Məhkəmənin hökmü ilə R.Bayramlıya 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












