Banner

Bu hava limanına HÜCUM - ÖLƏN VAR

Hadisə 12 Oktyabr 2026 10:11
Bu hava limanına HÜCUM - ÖLƏN VAR
WhatsApp kanalımıza abunə olun

Səudiyyə Ərəbistanında bir həftə ərzində beş hava limanına edilən 10 hücum nəticəsində 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Avtosfer.az xəbər verir ki, ən çox hücuma Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanı məruz qalıb.

Burada baş verən hadisələr səbəbindən uçuş əməliyyatları müvəqqəti dayandırılıb.

Ərəb Koalisiyasının məlumatına əsasən, son hücum zamanı hava limanının 4-cü terminalındakı sərnişin salonuna naməlum mərmi düşüb və yanğın baş verib. Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi xəsarət alanların olduğunu açıqlayıb. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması istiqamətində işlər aparılır.

Hücumlarda ölənlər arasında Səudiyyə Ərəbistanı, Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşlarının olduğu bildirilir.

Dammamdakı Kral Fəhd beynəlxalq hava limanı da iki hücumun hədəfi olub. Bundan başqa, Əbha, Cəzan və Nəcran şəhərlərindəki hava limanlarına da hücumlar qeydə alınıb. Əbha hava limanına hücum nəticəsində iki Mərakeş və Əlcəzair vətəndaşı həlak olub, 28 nəfər yaralanıb.

 

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh