Sevgilisinin dodağını yatdığı yerdə siqaretlə yandıran şəxs cəzalandırıldı

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb.
Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqdan onun dodağını yandırdığını bildirib.
Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib.
Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












