Şirkət rəhbəri barəsində hökm ləğv olunub, cəza verilib

Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Az.İnter-Şin” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qənbərli Mətləb Mütəllim oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.
Bu qərarla prokuror razılaşmayaraq apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun protesti araşdırılıb.
Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












