“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”

Bakı sakini Nəzrin Qəmbərova “TK Travel” şirkətinin rəhbəri tərəfindən dələduzluq əməli ilə üzləşdiyini iddia edir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən N.Qəmbərova şirkətə rəhbərlik edən Könül Ramazanovanın onu aldadaraq xeyli miqdarda pulunu ələ keçirdiyini deyir.
Onun sözlərinə görə, əvvəldən tanıdığı Könüllə birgə turizm işi ilə məşğul olublar:
“Mən müştərilər tapıb hazırda Londonda yaşayan Könülə istiqamətləndirirdim və onun vasitəsilə həmin şəxslərə biletlər alırdıq. Buna görə aramızda borc məsələsi var idi. O, 2022-ci ilin iyul ayında mənim telefonumun bağlı olmasından narahatlıq keçirərək polisə müraciət etdi. Mən ona borcumun olduğunu etiraf etdim və vaxt istədim. Həmin ərəfədə valideynlərim ona olan borcumu ödədi və ona heç bir borcum qalmadı”.
Şikayətçi qeyd edib ki, borcunun ödənməsinə baxmayaraq, Könül onun sifariş etdiyi biletləri ləğv etdirib və əvəzinə saxta biletlər təqdim edib:
“Həmin vaxt məndən biletlərin alınması üçün 15 800 manat pul almışdı. Məlum oldu ki, o, biletləri ləğv etdirib, mənə verdikləri də istifadəsi mümkünsüz biletlər idi. Buna görə mənə 15 800 manat ziyan dəydi və vətəndaşların verdiyi pulları məcburi özüm ödəməli oldum”.
N.Qəmbərova əlavə edib ki, artıq faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə iş başlanılıb. Onunla yanaşı, Fatimə Salamova adlı qadın da Könül barəsində polisə şikayət edib.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanıldığı təsdiqlənib. Hazırda istintaq araşdırması davam etdirilir.
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı










