Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirilib

Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamova hökm oxunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında E. İslamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağaza işlədən Yavər Bağırov tanışı E. İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib.
Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib.
İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib.
E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












