Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi - 52 yaşlı kişi bir yumruq zərbəsindən öldü

Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, son iclasda müttəhimə hökm oxunub: İ.Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İ.Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o, azadlığa buraxılıb.
İttihama görə, hadisə 2024-cü il sentyabrın 27-də Tərtər şəhəri, Heydər Əliyev küçəsindəki parkda baş verib.
Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Y.Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək, oraya gəlib, mübahisəni davam etdirib. Bu zaman o, Y.Abdullayevə yumruqla zərbə vurub.
Abdullayev zərbənin təsirindən özünü itirərək yıxılıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb və İ.Qayıbov saxlanılıb.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












