Starship qəzası sərnişin təyyarələrinə təhlükə yaratdı

ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starship" kosmik gəmisinin yanvar ayında baş vermiş qəzası Karib dənizi üzərində uçan bir neçə sərnişin təyyarəsi üçün ciddi təhlükə yaradıb. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Federal Mülki Aviasiya Administrasiyasının sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, kosmik gəmi buraxılışdan bir neçə dəqiqə sonra partlayıb, lakin "SpaceX" hadisə barədə Federal Mülki Aviasiya Administrasiyasını dərhal məlumatlandırmayıb. Halbuki bu məlumat hava dispetçerlərinə təhlükəli qalıq zonaları barədə pilotları vaxtında xəbərdar etmək üçün zəruri olub. Sənədlərdə qeyd olunur ki, insident nəticəsində göyərtəsində təxminən 450 sərnişin olan üç təyyarə risk altına düşüb. Partlayışdan sonra 50 dəqiqə ərzində yanar vəziyyətdə olan qalıqlar havaya səpələnib və uçan təyyarələr üçün təhlükə yaradıb. Fəlakətin qarşısı hava dispetçerlərinin operativ fəaliyyəti sayəsində alınıb.
Xatırladaq ki, 17 yanvar tarixində "SpaceX" Starship prototipinin yeddinci sınaq uçuşu zamanı itirildiyini açıqlamışdı. Şirkətin sahibi İlon Mask sonradan qəzanın səbəbinin yanacaq sızması olduğunu bildirmişdi.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












