Sumqayıtda borca görə qətl törədən şəxsə hökm oxunub

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən Quliyev Seymur Şahmar oğlunun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Seymur Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib. 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb.
Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Əvvəllər məhkumluq həyatı yaşayan Həsənalı Piriyevin Seymur Quliyevə 300 manat borcu olub.
S.Quliyev dəfələrlə H.Piriyevdən borcunu qaytarmasını istəyib. Hadisə törədiləndən bir neçə saat öncə H.Piriyev tanışı ilə S.Quliyevin yanına gedərək məsələni həll etmək etmək istədiyini deyib. Bu zaman mübahisə yaranıb, nəticədə H.Piriyev bıçaqlanıb.
H.Piriyev qayınanasının evinə doğru gedərkən küçədə keçinib.
Sumqayıt Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə S.Qulıyevə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












