Sumqayıtda müəssisədə partlayış olub: Xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB

"Sumqayıt şəhərində yerləşən müəssisədə baş verən partlayış nəticəsində xəsarət alan iki nəfər ambulator müalicə üçün evə buraxılıb".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"23 oktyabr saat 11:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunublar.
Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***
Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev işlədikləri müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.
Nəticədə hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












