Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi, arvadını 18 bıçaq zərbəsi ilə qətlə yetirdi

Sumqayıt şəhərində sahibkar kişi ona xəyanət etdiyini düşünən həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. Avtosfer.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində baş verib. İttihama görə, 1989-cu il təvəllüdlü Azər Babayev (ad və soyad şərtidir) şəhər ərazisində avtomobil kirayəsi ilə məşğul olub. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Samirə Babayeva (ad və soyad şərtidir) isə evdar qadın olub. Cütlüyün birgə nigahdan 3 övladları olub.
Bir müddət ər-arvad arasında normal münasibət olsa da, sonradan Azər həyat yoldaşından şübhələnib. O, Samirə Babayevanın telefonunun "WhatsApp" mesencerini öz mobil telefonuna yönləndirib və qadını izləyib. Səhəri gün o, başqa bir kişinin Samirəyə görüş barədə yazdığını görüb. O, bu barədə Samirəyə heç nə deməyib. Bir müddətdən sonra mesaj silinib. Azər bu barədə həyat yoldaşına desə də, Samirə hadisəni etiraf etməyib.
Azər növbəti gün öz mobil telefonunun səsyazma proqramını aktiv edərək, telefonu evin girişindəki dolabın üstünə qoyub, evdən çıxıb. Telefon evdə iki gün bütün səsləri qeydə alıb.
İki gündən sonra telefonu götürən Azər səs yazılarına qulaq asanda, evə başqa kişinin gəldiyindən əmin olub.
O gecə saat 3 radələrində həyat yoldaşını oyadaraq həmin səsin kimə məxsus olduğunu soruşsa da, Samirə heç nəyi etiraf etməyib.
Azər üzərindəki bıçaqla Samirəyə 18 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. O, daha sonra könüllü şəkildə polisə təslim olub və hadisəni etiraf edib.
Polis əməkdaşları A.Babayevi saxlayıb istintaqa təhvil veriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babayev 18 il azadlıqdan məhrum edilib (Oxu.az).
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












