Süpürgəçi qadın avtomobillə vuruldu - Qəzanı törədən şəxs yoxa çıxıb - VİDEO

Atasının adına olan avtomobillə süpürgəçi qadını vuran şəxs hadisə yerindən yayınıb. 61 yaşlı süpürgəçi qadın 36 gündür komadadır. Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən, 4 övlad anası Kəmalə Alməmmədova Bakıda kirayədə yaşayır.
Avtosfer.az xəbər verir ki, Kəmalə Alməmmədovanın doğmaları iddia edirlər ki, 36 gündür koma vəziyyətində olan xəstə ilə nə iş yerindən, nə də onu xəstəxanalıq edən şəxs tərəfindən maraqlanan var.
Sentyabrın 24-də səhər saat 05.30-da Kəmalə Alməmmədovanın son iş günü olur. Küçə təmizliyi üçün səhərin gözü açılmamış işinin başında olan 4 uşaq anası yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanır. Yaxınları deyirlər ki, hadisə Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində baş verib.
Zərərçəkmişin qohumu Şamil İslamov iddia edir ki, Kəmalə Alməmmədovaya hadisəni törədən şəxsin ailəsi də cəmi 10 gün baş çəkib. Bundan sonra avtomobil qəzasını törədən şəxsin ailəsi telefonları söndürüb, onlarla əlaqəni kəsib.
Bir sözlə, xəstənin yaxınları Kəmalə Alməmmədovaya etinasız yanaşmadan şikayətçidir, onlar 61 yaşlı qadının ailəsinin maddi durumunun yaxşı olmadığını dilə gətirirlər.
Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzovla telefon əlaqəsi saxlanılıb. O, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi maraqlandıqlarını dedi. Hadisəni törədən şəxsin nə özü, nə də ailə üzvləri isə telefonlara cavab vermədi.
Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cizminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9 qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyindən bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO








