Taksi sürücüsü tanış olduğu qızı şantaj etdi - Məhkəmə cəzalandırdı

Bakıda idarə etdiyi avtomobildə tanış olduğu qızı narahat edən taksi sürücüsü cərimələnib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2004-cü ildə Bakı şəhərində anadan olmuş Sənan Qurbanov (soyad şərti) qızın şikayəti əsasında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-c maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, Sənan taksi xidməti göstərərkən Ə.Ə. adlı xanımla tanış olub. Bundan sonra Sənan onu narahat etməyə başlayıb. Zərərçəkmiş xanım Sənana sevdiyinin olduğunu bildirsə də təqsirləndirilən şəxs ona "mənimlə sevgili olmasan, səni biabır edəcəm" - deyib. Bundan narahat olan Ə.Ə. taksi sürücüsü barəsində polisə şikayət edib. Sənan isə ifadəsində qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olur və Ə.Ə. ilə taksidə tanış olub. Onu sevdiyini və ailə qurmaq istədiyini deyən sürücü barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Sənan İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












