Tanınmış rejissor və xanımı qətlə yetirildi - Şübhəli oğludur

Los-Anceles polisi amerikalı rejissor Rob Raynerin və həyat yoldaşı Mişel Raynerin qətlində şübhəli bilinən oğlu Nik Rayneri saxlayıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “ABC7” telekanalı məlumat yayıb. Rejissorun 32 yaşlı oğlunun hazırda həbsdə olduğu bildirilir. Məhkəmə onun azad edilməsi üçün 4 milyon dollar məbləğində zamin tələb edib. Nik Raynerə ağır cinayət törətmə ittihamı irəli sürülüb.
Xatırladaq ki, tanınmış rejissor və onun həyat yoldaşı ötən gün Los-Ancelesdəki evlərində ölü vəziyyətdə tapılıb. Hər iki şəxsin bədənində çoxsaylı kəsilmiş bıçaq yaraları aşkarlanıb. Bundan əlavə, evdə baş verən yanğın səbəbindən cəsədlərin tanınması çətinləşib.
Qeyd edək ki, Nik Raynerin uzun illər narkotik asılılığından əziyyət çəkdiyi və evsiz həyat tərzi keçirdiyi bildirilir.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü












