Banner

Tanınmış vəkil saxlanıldı - YENİLƏNİB

Hadisə 19 Noyabr 2026 09:23
Tanınmış vəkil saxlanıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda tanınmış vəkilin saxlanılmasının bəzi təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 nəfər tutulub. Əməliyyat zamanı onlardan xeyli miqdarda güclü təsiredici psixotrop maddələr aşkarlanıb.

Saxlanılan şəxslərdən biri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Alyans" Vəkil Bürosunun vəkili Orxan Kəngərlidir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.

***

"Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.

Avtosfer.az xəbər verir ki, O.Kəngərli polis əməkdaşları tərəfindən tutulub.

İlkin məlumata görə, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir./oxu.az

 

Oxunub : 284
ŞƏRH YAZ
Ad

E-mail

Şərh