Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır.
Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.
Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər.
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT












