Banner

Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - 100 manat cəriməsi var - VİDEO

Qaydalar 19 Noyabr 2026 09:00
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - 100 manat cəriməsi var - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sürücülərin əksəriyyəti hələ də yolayrıcının keçilməsi qaydalarından xəbərsizdirlər. Avtosfer.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə xeyli irəliləyiş olsa da, əksər sürücülər hələ də tıxac zamanı yolayrıcının keçilməsi qaydasını pozurlar. Buna nümunə olaraq paytaxtın Vaqif prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınan videogörüntünü göstərmək olar. Belə ki, Vaqif prospektindəki nəqliyyat vasitələri üçün yaşıl işıq yandığını görən sürücülər yolayrıcında tıxac olsa da ora daxil oldular və yolayrıcında qaldılar. Daha sonra Səməd Vurğun küçəsinə yaşıl işıq yanan zaman, həmin istiqamətdə olan bir sürücü də yolayrıcına daxil olub. Lakin əvvəlki avtomobillər kəsişmə yerini boşaltmadığından o da yolayrıcının ortasında qalmağa məcbur olub.

Qeyd edək ki, bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

bax.tvhttps://bax.tv/embed/228987.html

 

 

Oxunub : 226
ŞƏRH YAZ
Ad

E-mail

Şərh