Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs olunub

Tanışına ağır xəsarət yetitməkdə təqsirləndirilən Fuad Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub, o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakı şəhərində baş verib.
F.Əsgərov tanışı Elmar Nağı oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan tərəflər barışıb, F.Əsgərov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












