Təcili yardım heyəti xəsarət alsa da, xəstəni xilas etdi - FOTO - VİDEO

Mingəçevirdə təcili tibbi yardım maşınının üzərinə ağac aşıb.
Avtosfer.az xəbər verir ki, Oxu.az-a daxil olan məlumata görə, hadisə dünən baş verib. Bildirilir ki, hadisə Yevlax Rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşını ilə Mingəçevirə xəstə təxliyə edərkən baş verib:
"Mingəçevirdə güclü külək olub. Külək səbəbindən maşınının üzərinə ağac aşıb, nəticədə həkim xəsarət alıb".
Məsələ ilə bağlı TƏBİB-dən cavab olaraq bildirilib ki, 20.06.2024-cü il tarixində saat 20:25 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub:
"Dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib. Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb. Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi nəticəsində pasiyent heç bir xəsarət almadan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ağac aşması nəticəsində təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb və buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetirib. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hospitalizasiya olunan ananın 21.06.2024-cü il tarixində oğlu dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir".
Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – FOTO
Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib - FOTO - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO - VİDEO
Bakıda piyadadan ağlasığmaz hərəkət – Yolda uzanıb pul istədi - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO











