Təlim zamanı qırıcının atdığı raket evə düşdü, yaralananlar var

Cənubi Koreyada təlim zamanı iki KF-16 qırıcısının səhvən təlim poliqonundan kənarda səkkiz "hava-yer" tipli bomba atması nəticəsində 15 nəfər yaralanıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Xəsarət alanlar arasında iki xarici vətəndaş da var.
Partlayış Seuldan təxminən 40 kilometr şimalda yerləşən Poçxon kəndinin üzərində baş verib. Kilsə və digər yeddi bina zərər görüb.
***
Cənubi Koreyanın Phoçhon şəhərində azı yeddi nəfər təlimlər zamanı atılmış və yaşayış evinə düşmüş mərmi səbəbindən yaralanıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Müvafiq müraciət yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə 05:00) qeydə alınıb, həmçinin kənddə bir neçə tikili dağılıb. Hadisənin təfərrüatları ilə bağlı istintaq başlanılıb.
Koreya Respublikası Hərbi Hava Qüvvələri təlimlər zamanı KF-16 qırıcı təyyarəsindən poliqon xaricində səkkiz MK-82 aviabombanın ştatdankənar şəkildə düşdüyünü açıqlayıb.
“Biz mərmilərin ştatdankənar düşməsi nəticəsində yaşayış evlərinin zədələnməsi ilə bağlı insidentdən təəssüflənirik, yaralananlara tezliklə şəfa diləyirik. Zərərçəkənlərə təzminat da daxil olmaqla lazımi tədbirləri görmək niyyətindəyik”, – Hərbi Hava Qüvvələrindən bildirilib.
“Yonhap” agentliyinin məlumatına görə, ABŞ və Koreya Respublikası cümə axşamı günü KXDR ilə sərhəddən 25 km məsafədə yerləşən Phoçhon şəhərindəki Sınçjın poliqonunda döyüş atışlı təlimlər keçirib. Manevrlərdə tanklar, helikopterlər və təyyarələr daxil olmaqla ümumilikdə 160 ədəd texnika iştirak edib.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










