Təyyarə qəzasında həlak olanların cənazələri bu gün Türkiyəyə yola salınır

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.
Şəhid olan 20 hərbçinin nəşlərini daşıyan "Koca Yusuf" A400M təyyarəsinin bir neçə saat sonra Tbilisi Beynəlxalq Hava Limanından Ankaraya hərəkət edəcəyi bildirilib.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












