Təyyarələrdə proqram təminatı probleminə görə 35 reysi ləğv edib

Fransada aviasiya sektoru noyabrın 28-də gözlənilməz şəkildə çətin vəziyyətlə üzləşib. “Air France” axşam saatlarında ölkə üzrə 35 reysin ləğv olunduğunu açıqlayıb.
Avtosfer.az xəbər verir ki, buna səbəb “Airbus” şirkətinin “A320” istifadəçilərinə göndərdiyi təcili təhlükəsizlik göstərişi olub.
“Airbus” aviaşirkətlərə 6 000-dən çox “A320” tipli təyyarədə istifadə edilən xüsusi idarəetmə proqramının Günəş radiasiyasına həssas olduğu barədə məlumat verib və uçuşların dərhal dayandırılmasını tələb edib. Proqram təminatının mümkün nasazlığı ciddi risk yaradacağı üçün onun təcili şəkildə yenilənməsi istənilib.
Paris aeroportu “Air France” və “Airbus”dən gələn məlumatları təsdiqləyərək, paytaxtdan çıxmalı olan on reysinləğv edib. “Air France” isə “France Télévisions”a açıqlamasında ölkə üzrə ümumilikdə 35 reysin təxirə salındığını təsdiqləyib.
“Airbus”un göstərişinə uyğun olaraq noyabrın 29-da da əlavə ləğvlər gözlənilir. “Air France” bildirir ki, “sərnişinlər əvvəlcədən SMS vasitəsilə xəbərdar edilir.”
Şirkət həmçinin bu günün uçuş cədvəlini yenidən təşkil etməyə başlayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












