"TikTok"da dələduzluq edən şəxsə cəza verildi

"TikTok" sosial şəbəkəsində "faizə pul verilir", "ucuz qiymətə qızılların satışı" səhifələrinin admininə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.
Kənan "TikTok"da 5000 manat faiz ödəməklə 50.000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndinə Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib. Onların bəzilərinə özünü "TBC Bank"ın əməkdaşı kimi təqdim edib.
O, həmçinin "TikTok" sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.
Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












