Banner

"TikTok"da quzu satışı adı ilə dələduzluq etdi; saxlanıldı - FOTO

Hadisə 21 Sentyabr 2026 13:36
"TikTok"da quzu satışı adı ilə dələduzluq etdi; saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar yerləşdirib. 

O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırma davam etdirilir.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh