DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ

Kənd təsərrüfatı texnikalarının yollarda hərəkəti, xüsusilə bölgələrdə, yol təhlükəsizliyi baxımından diqqət tələb edən məsələlərdən biridir. Son aylarda bu texnikaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri, xüsusilə gecə saatlarında onların yollara çıxması ilə bağlı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, ötən həftə gecə saatlarında kənd təsərrüfatı texnikasının yola çıxması nəticəsində ölümlə nəticələnən qəza da bu sahədə nəzarətin gücləndirilməsi məsələsini aktuallaşdırıb.
Bəs kənd təsərrüfatı təyinatlı texnikalara hazırda nəzarət necə həyata keçirilir və belə hadisələrin qarşısının alınması üçün hansı yeni tədbirlər görülə bilər?
Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurbanov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikalara nəzarət əsasən Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət qeydiyyatı, illik texniki baxış, sürücülük hüququnun yoxlanılması və bölgələrdə keçirilən monitorinqlər vasitəsilə həyata keçirilir:
"Texnika alındığı tarixdən 10 gün ərzində dövlət qeydiyyatına alınmalı, son texniki baxış tarixindən bir il keçmədən yenidən baxışa təqdim edilməlidir. Texniki baxışdan keçməyən texnikanın istismarı qadağandır. Texniki baxış zamanı qeydiyyat sənədləri, sürücünün texnikanı idarə etmək hüququ, icbari sığorta, eləcə də texnikanın ümumi sazlığı və təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır. Qeydiyyatsız, texniki baxışdan keçməyən və ya müvafiq sürücülük vəsiqəsi olmadan idarə edilən texnikalarla bağlı inzibati protokollar tərtib olunur. Texniki nəzarət AXA-nın, bilavasitə yolda hərəkət qaydalarına əməl olunmasına nəzarət isə Dövlət Yol Polisinin səlahiyyətinə daxildir".
Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Haciyev isə qeyd edib ki, mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır:
''Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır. Xatırladırıq ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir. Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır''.
Fatimə
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq












