TIR-larla yolu bağlayan şirkət rəhbəri və atasına - 14 il həbs istənildi - FOTO

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəmə istintaqı tamamlanıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Rəmiş Cəfərovun 8, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Sərbəst mühakimə edilən Z.Cəfərovun məhkəmə zalındaca həbs edilməli olduğu qeyd edilib.
Xatırladaq ki, “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış, nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.
Yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur. Bundan başqa o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib.

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Bakıda şok olay: Ərinin xəyanətini öyrəndi, maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO










