Torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb

Meksikanın bəzi bölgələrində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri 15 nəfərin həyatına son qoyub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
“Mexiko ştatının Mülki Müdafiə və Risklərin Kompleks İdarəetməsi İdarəsinin Koordinasiya Qərargahının məlumatına görə, indiyədək 6 ölüm və 3 yaralanma barədə məlumat verilib”, - Mexiko ştatının rəhbərliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, fövqəladə vəziyyət Naukalpan bələdiyyəsinin La Rakelito bölgəsində bir gün əvvəl yağan güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində baş verib. Ştat rəhbərliyi sürüşmənin şəxsi evə və Emiliano Sapata adına ibtidai məktəbə ziyan vurduğunu bildirib.
“El Universal” nəşrinin məlumatına görə, daha əvvəl Meksika paytaxtının digər şəhərətrafı qəsəbəsində - Mexiko ştatının Hilotsinqo bələdiyyəsində sürüşmə baş verib. Xilasedicilərin dağıntılar altından 5 nəfərin cəsədini çıxardığı, sürüşmə qurbanlarının ümumi sayının 9 nəfərə çatdığı vurğulanır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












