Banner

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Hadisə 5 Oktyabr 2026 16:56
Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən şadlıq evlərindən birinin qarşısında kütləvi dava düşüb.

Avtosfer.az "Bakupost"a istinadla xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.

Məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib. Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda onun koma vəziyyətində olduğu bildirilir.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh