Tuneldə ölən Elnur və Köçərinin ailəsinə hansı yardımlar düşür? – AÇIQLAMA – FOTO - VİDEO

Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər vəfat edib. 48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb. Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib.
Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər. Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Bəs təbii fəlakət nəticəsində vəfat edənlərə hansısa yardım olunacaqmı? Qanunvericilik nə deyir?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Bakupost"a açıqlama verib.
O bildirib ki, həmin şəxslərin ailələrinə kompensasiya verilməlidir:
“Əgər hadisə iş prosesində baş veribsə, Əmək Müqaviləsi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığortası varsa, bu halda onun vərəsələrinə kompensasiya verilməlidir. Eyni zamanda, yaşı 18-ə çatmamış, 18-ə çatıb, təhsil alan övladları, yaxud əlilliyi olan xanımı varsa, onlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Həmçinin, qeyri-rəsmi şəkildə və ya İcra Hakimiyyəti orqanları tərəfindən yardımlar oluna bilər”.
S.Məmmədov qeyd edib ki, istehsalatla bağlı sığorta faktı varsa, onlara sığorta şirkəti də kompensasiya ödəyə bilər:
“Eyni zamanda, pensiya hüququ varsa, o hüququ təmin olunmalıdır. Onun faktiki iş yeri araşdırılmalıdır. Sığortalanmayıbsa belə, ona kompensasiya verilməlidir. Kompensasiya maaşla hesablanır. Əgər himayəsində azyaşlı uşaqlar varsa, 65 yaşına çatana qədər, 100 faizlə hesablanır. Əgər işləyirsə, bu, sığorta hadisəsidir. İşəgötürən onu sığortalayıbsa, sığorta şirkəti ödəməlidir. Sığortalamayıbsa, şirkət özü ödəməlidir. Bundan əlavə azyaşlı uşaqları varsa, haradasa işləyibsə, onlara əmək pensiyası təyin olunur”.




Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO
Qətlə görə həbsə düşən gənc azadlığa çıxan kimi yenə adam öldürdü - VİDEO
Oliqarx və ailəsinə sui-qəsd anı - ŞOK VİDEO
Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı - VİDEO
Gəncədə qadın ərini qəsdən maşınla vurdu
Sədərəyə gedən yolda sürücülərə TƏHLÜKƏ - "BMW"yə ziyan dəydi - VİDEO
Ağcabədidə ər arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi
Kiberpolis əməliyyat keçirdi: Qadınları şantaj edənlər saxlanıldı - VİDEO
Rəis qatarı saxlatdırıb marketə getdi
Göyçayda “KIA” qəfil alovlandı – Vətəndaşlar yanğını söndürdü - VİDEO
Əks yola çıxan skuter sürücüsü qarşıdan gələnlərə qorxulu anlar yaşatdı - VİDEO










