Üç polisi güllələyən Rövşən haqda İLGİNC MƏLUMATLAR - FOTO

Xəbər verdiyimiz kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib.
Avtosfer.az xəbər verir ki, polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş,1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında məlumatlar əldə edib.
Əldə etdiyimiz özəl məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.
Bildirilir ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.
Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub.
Onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.
Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

(gününsesi)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












