Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib.
“Qafqazinfo” xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddia edib.
Artıq çıxış yolunun qalmadığını bildirən qadın məktəbdə kollektiv şəkildə mənəvi zorakılığa məruz qaldığını deyib:
“Üç aydır bütün qurumlara müraciət etdim. Buradan səsləndim ki, iş yerimdə mənə böhtan atırlar, hücumlar edirlər, təkləyiblər. Heç kim bu şiddətin qarşısını almadı”.
Uşaq Birliyinin rəhbəri məktəbin direktor müavini Fəridə Haqverdiyeva barəsində də ittihamlar səsləndirib, onun qərəzli münasibəti ilə üzləşdiyini bildirib.
Daha sonda N.İsmayılova ilə əlaqə saxlanılan zaman o bildirdi ki, polis əməkdaşları gələrək onu son anda intihar etmək fikrindən daşındırıblar.
İttihamlarla əlaqədar məktəbdən bildirilib ki, uşaq birliyi rəhbəri kimi çalışan (müvafiq səbəblərə görə adı qeyd olunmur) əməkdaş xeyli müddətdir ki, vəzifə səlahiyyətlərinə dair üzərinə düşən işləri yerinə yetirmir, təhsil müəssisəsinin normal fəaliyyətini pozur və məqsədyönlü konfliktlər yaradır:
“Bununla bağlı məktəb rəhbərliyi tərəfindən həmin əməkdaşla dəfələrlə söhbətlər aparılıb, ona vəzifə funksiyaları və öhdəlikləri izah olunub, normal fəaliyyəti üçün müvafiq dəstək göstərilib.
O, 3 may 2024-cü il tarixində səhər saatlarında məktəbə gələrək heç kimlə ünsiyyət qurmadan otağına daxil olub və qapını bağlayıb. Daha sonra isə sosial şəbəkə səhifəsində paylaşım edib”.
Qeyd edilib ki, məsələdən xəbərdar olan məktəb rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib. Hazırda aidiyyəti üzrə araşdırma aparılır.
Fotoda Nərminə İsmayılova
Fotoda Fəridə Haqverdiyeva
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












