Vəfalı heyvanları kabusa çevirən nədir? - Xırdalandan şikayət var - VİDEO

Abşeronda küçə itləri insanlara təhlükə yaradır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksindəki 29-cu küçədən gedir.
Vətəndaşın sözlərinə görə, küçələrdə sahibsiz itlərin sayının artması onları narahat edir:
"Küçədə hərəkət etmək təhlükəlidir, bəzi itlər adamları qapırlar. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Uşaqları məktəbə tək göndərməyə qorxuruq. Bu məsələyə bir çarə tapılmalıdır. Problemlə bağlı rayonun icra hakimiyyəti ilə danışsaq da, ərazinin "AAAF Park" yaşayış kompleksində olduğunu və özəl mülk sayıldığı üçün müdaxilə edə bilməyəcəklərini deyirlər. Bizə bildirirlər ki, bu məsələni sözügedən şirkətin rəhbərliyi həll etməlidir".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən hansısa digər radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq, RİH tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları və istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilərək hazırlanıb, tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Bundan əlavə, xidməti personal da təyin edilib. Bütün bu işlərə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Qayğı mərkəzinin nə vaxt hazır olacağını demək çətindir, sənədləşmə işləri başa çatan kimi tikintiyə başlanılacaq. Məlumat üçün qeyd edək ki, haqqında danışdığımız itlərə peyvənd vurulub, onlar ətraf üçün zərərli deyillər".
Xatırladaq ki, əvvəllər Xırdalanda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı çoxsaylı hadisələr gündəmə gəlib.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












