Vətən müharibəsinin iştirakçısı yaşlı kişini döydü

Hadisə 17 Sentyabr 2024 20:42 Oxunub 286
Vətən müharibəsinin iştirakçısı yaşlı kişini döydü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ucar rayonunda 1986-cı il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mehmana xəsarət yetirib.

Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabrın 21-də Ucar şəhəri, Abbas Səhhət küçəsində yerləşən “Məkan” kafesində baş verib. O, Mehmana nisyə dəftərinə özünün borcu barədə ərəb dilində yazı yazaraq qeydiyyat aparmasına əsassız müdaxilə etməsinə görə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı onlar bir-birlərinin ünvanına nalayiq söyüşlər söyüblər. Sonra Mehman kafedən çıxaraq evinə yola düşüb. Bu zaman Mehmanla Ucar şəhəri, Şamil Fərzəliyev küçəsində rastlaşılıblar. Bu zaman Mehman yenidən Elvinin ünvanına nalayiq ifadələr işlədiib. Təhqirlərə dözməyən Elvinə Mehmana xəsarətlər yetirib.

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ucar rayonun Gəraybəyli kəndində yaşayır: “Himayəmdə iki azyaşlı övladım var, Vətən Müharibəsi iştirakçısıyam. İşğal altında olmuş bir neçə rayonların azad olunmasında aktiv iştirak etmişəm və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə medallarla təltif olunmuşam. Hazırda Ucar rayonunda rəsmi olaraq çilingər işləyirəm. Ucar rayon sakini Mehmanı tanıyıram. Əvvəllər Mehmanla aramızda hər hansı mübahisə və söz-söhbət olmayıb. Ucar şəhəri bazarın yaxınlığında hamının Müşfiq kimi tanıdığı, əsl adı Nuşirəvan olan şəxsin işlətdiyi “Məkan” adlı kafeyə hərdən bir gedib-gəlmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 21 dekabr 2023-cü ildə saat, 22 radələrində “Məkan” adlı kafedə çay içərkən Mehman da pivə içərək həmin kafedə olub: “Həmin gün saat 23 radələrində Mehman masa arxasından qalxaraq kassaya yaxınlaşdı və Nuşirəvandan yediyi yeməyin hesabını soruşaraq pulu sonra ödəmək üçün hesabı öz adının qarşısından yazması üçün nisyə dəftərini istədi. Nuşirəvan Mehmana hesabının 13 manat 50 qəpik olduğunu deyərək nisyə dəftərini verdi. Mehmandan qələmlə öz adı qarşısından dairə çəkərək dairədə nəsə yazdı. Həmin vaxt Nuşirəvan Mehmandan dəftərə nə yazdığını soruşdu. Mən də bu barədə Mehmandan maraqlandım. Mehman isə dəftərə hesabının qədərini, yəni “13,50” rəqəmlərini ərəb əlifbası ilə yazdığını bildirdi. Nuşirəvan bununla bağlı heç bir söz deməsə də, mənə maraqlı gəldiyi üçün Mehmanın yazdığı yazıya bir də baxdım, həmin yazının ərəb dilində olmadığını bildirdim. Mehman isə mənə “ərəb dilini bilənsənsə, ərəbcə öz adını, ya da başqa nəsə yaz” deyərək, bundan başqa, məni kobud şəkildə təhqir etdi. Mehmana müharibə iştirakçısı olduğumu bildirərək məni təhqir etməməyi xahiş etdim.  Mehman isə buna məhəl qoymayaraq ünvanıma nalayiq söyüş söyməyə davam etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nuşirəvan onları aralaşdırıb, Mehmana öz iradını bildirib və Mehmanı kafedən çölə çıxardaraq evlərinə yola salıb: “Həmin vaxt aramızda başqa söz-söhbət, mübahisə və dava-dalaş olmayıb. Bundan bir qədər sonra kafedən çıxaraq evə gedərkən Ş.Fərzəliyev küçəsində, Fövqəladə Hallar Nazirliyinin binasının yaxınlığında yaşayış evlərinin yanında Mehmanla yolda rastlaşdım. Mehman məni gördü və yenidən mənə qarşı söyüş söyməyə başladı. Mən yenidən təmkinlilik nümayiş etdirmək istəsə də, Mehman mənə təpik zərbəsi vurdu. Mən artıq bu cür davranışlara laqeyd qala bilməyərək ona 1 dəfə yumruqla burnundan vurdum. Mehman yerə yıxılaraq qışqırdı, həmin vaxt orada heç kim olmayıb. Hadisəni heç kim görməyib. Bundan sonra oradan evə getdim. Etdiyim hərəkətlər məhz Mehmanın məni təhqir etməsi, bu hərəkətlərini dayandırmaması, əksinə davam etməsi ucbatından olub”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mehmanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, təqaüdçüdür: “Ucar rayonunun Gəraybəyli kənd sakini Elvini qiyabi olaraq tanımışam. Elvinlə heç bir düşmənçilik və ədavətim olmayıb. Ucar şəhərində bazarın yaxınlığında yerləşən hamının Müşfiq kimi tanıdığı və çağırdığı, əsl adı Nuşirəvan olan şəxsin işlətdiyi “Məkan” adlı kafeyə tez-tez gedib-gəlmişəm. Elvini də həmin kafedə dəfələrlə görmüşəm. O da həmin kafenin müştərisi olub”.

Zərərçəkmiş qeyd edib ki, 21 dekabr 2023-cü ildə, saat 22 radələrində Nuşirəvanın işlətdiyi “Məkan” adlı kafedə yemək yeyib və spirtli içki qəbul edib: “Həmin vaxt Elvin isə kafedə çay içirdi. Bir saat keçdikdə, təxminən saat 23 radələrində yemək yedikdən sonra masa arxasından qalxaraq kassanın yanında olan Nuşirəvana yaxınlaşdım və yeməyinin pulunun hesablamasını xahiş etdim. Nuşirəvan mənə yeməyin hesabının 13 manat 50 qəpik etdiyini bildirəndə sonuncuya həmin pulu nisyə dəftərinə adıma yazmasını xahiş etdim. Əvvəllər də həmin yerdə nisyə yemək yediyimdən həmişə adıma yazılan hesabın altından Nuşirəvanın xahişi ilə özü də qeydiyyat aparmışam. Ona görə bu dəfə də Nuşirəvandan nisyə dəftərini götürdüm və öz adımın qarşısından qələmlə dairə çəkərək ərəb əlifbası ilə “13,50”, yəni hesabının məbləğini yazdım. Nuşirəvan məndən dəftərə nə yazdığımı soruşdu. Həmin vaxt yanımızda olan Elvin də bunu gördü və nə yazdığım ilə maraqlandı. Mən isə hesabımın qədərini, yəni “13,50” rəqəmlərini ərəb əlifbası ilə yazdığımı bildirdim. Nuşirəvan bununla bağlı heç bir fikir bildirməsə də, məsələyə aidiyyatı olmayan Elvin yazıya yenə baxaraq həmin yazının ərəb dilində olmadığını bildirdi. Mən isə Elvinə “belə ərəb dilini bilənsənsə, ərəbcə öz adını, ya da başqa nəsə yaz” deyərək cavab verdim. Lakin bu sözləri Elvinə xoş gəlmədiyi üçün, yəni bu formada cavab qaytardığına görə narazılıq edərək müharibə veteranı olduğunu, onunla bu tonda danışmamalı olduğunu deyərək sözlə mübahisə etməyə başladı. Bu zaman Elvin eşidilməyəcək dərəcədə nəsə nalayiq ifadə işlətdi. Həmin vaxt əsəbiləşərək Elvinə “niyə mənim işimə qarışırsan” deyərək onu söyərək oradan getdi. Həmin vaxt səs-küy yaranmadı və sözlə mübahisə etməyimizə Nuşirəvandan başqa heç kim görməyib. Mən yaşadığım evə tək piyada gedərkən saat 23 radələrində Ş.Fərzəliyev küçəsində Fövqəladə Hallar Nazirliyinin binasının yaxınlığında, yaşadığım evin küçə qapısına 5-6 metr qalmış arxadan başımdan nəyinsə dəydiyini hiss edərək çevriləndə qarşımda Elvini gördüm. Başımın arxasından nə ilə vurulduğunu görməsəm də, Elvinin əlində heç nə olmadığına görə onun məni yumruqla vurduğunu güman etdim. Elə bu zaman Elvin 2-3 dəfə ardıcıl yumruqla burnumdan vuraraq ona xəsarət yetirdim. Mən isə ağrıdan qışqıraraq Elvindən nə səbəbə məni vurduğunu soruşdum. Elvin isə hərəkətini davam etdirərək yenə 2 dəfə məni yumruqla burnumdan vurdu. Mən isə özümdən gedərək yerə yıxıldım. Daha sonra isə evdə divanda ayılaraq mənimlə bir həyətdə yaşayan qardaşım Rövşənin burnumdan gələn qanı sildiyini gördüm. Qardaşım Rövşən mənə eyvanda siqaret çəkərkən küçədə qışqırtı səsini eşidərək küçəyə çıxanda artıq huşsuz vəziyyətdə yerdə olduğunu, yaxınlaşanda isə burnumdan qan gəldiyini gördüyünü, məni evə gətirdiyini bildirdi. Qardaşım kimin mənə xəsarət yetirdiyini soruşdu. Mən də qardaşıma Elvinin yumruqla vuraraq döydüyünü söylədim. Elvinin əlində heç nə olmayıb. Elvinin arxadan başımdan məni 1 dəfə yumruqla vurduğunu güman etmişəm. Ona görə də baş nahiyyəmdə gözlə görünən və əl ilə hiss edilən hər hansı xəsarət yaranmayıb”.

Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh