Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO - YENİLƏNİB

Hadisə 22 May 2026 10:06
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda 41 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib.

Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər, o, ürəktutmasından dünyasını dəyişib.

***09:30

Azərbaycan Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib.

Avtosfer.az xəbər verir ki, akademiyanın Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev dünyasını dəyişib.

Onun ölümünün səbəbi barəsində məlumat verilməyib.

 

 

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh