Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR

“Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı Vahid Əhmədov deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan arasında dəmiryolu reysinin bərpası hər iki ölkə vətəndaşları üçün sevindirici haldır:
“Regionda çox ciddi problemlərin olmasına baxmayaraq, bu addımın atılması onu göstərir ki, Bakı və Tbilisi arasında olan isti münasibətlər dəmiryolu reysinin yenidən açılması üçün şərait yaradıb. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Düzdü, Gürcüstanda da qiymətlər kifayət qədər yüksəlib və müəyyən inflyasiya prosesi orada da gedir. Amma insanlar üçün dəmiryolu reysinin açılması çox böyük əhəmiyyət kəsb edir. Çünki Gürcüstan bizim qonşumuzdur və tarixi qohumluq əlaqələrimiz mövcuddur. . Bakı-Tbilisi-Bakı reysinin açılması Azərbaycanın logistik və iqtisadi inkişafına təkan verən amillərdən biridir. Bu addım həm də digər qonşu dövlətlərə də bir mesajdır ki, əgər sizdə də vəziyyət stabil olarsa, Azərbaycan həmin dövlətlərlə, xüsusən Rusiya və İranla sərhədləri aça bilər. Hesab edirəm ki, qonşu dövlətlərlə nə qədər sıx iqtisadi-siyasi əlaqələr qurularsa, əhalinin sosial vəziyyəti də bir o qədər yaxşı olar”.

İqtisadçı vurğulayıb ki, bilet qiymətləri vətəndaşların cibinə münasib olmalıdır:
“İnsanların həyat şəraitini, gediş-gəlişin sayını nəzərə almaq lazımdır. Qiymətləri yüksək qoymaq olmaz. İnsanların maddi durumunu nəzərə alıb, ona uyğun qiymətlər təyin edilməlidir”.
V.Əhmədovun fikrincə, ölkəmizdə artıq 6 ildir tətbiq edilən karantin rejimi tədricən aradan qaldırılacaq:
“Karantin rejiminin ləğv edilməsinə gəlincə, onsuz da Azərbaycanda karantin rejiminin tətbiqi o qədər də hiss olunmur. İnsanlar sərbəst gəzirlər və ciddi problem yoxdur. Amma qonşu dövlətlərdə yaranan problemlər ciddi şəkildə nəzərə alınmalıdır. Xüsusən, hazırda Ermənistanda parlament seçkilərinin kampaniyası gedir və digər dövlətlərdən bu prosesə ciddi müdaxilələr var. Ona görə də, karantin rejimini saxlamağa müəyyən qədər ehtiyac var. Düşünürəm ki, yavaş-yavaş karantin rejimi də aradan qaldırılacaq”.
Xatırladaq ki, mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












