"Volkswagen"in keçmiş rəhbəri dizel qalmaqalı ilə bağlı məhkəmə qarşısında

Braunşveyq məhkəməsi (Aşağı Saksoniya federal əyaləti) "Volkswagen" avtomobil konserninin keçmiş rəhbəri Martin Vinterkorna qarşı dizel qalmaqalı ilə bağlı iddiaya baxmağa başlayıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Braunşveyq prokurorları keçmiş top-meneceri dələduzluqda, yalançı şahidlikdə və bazar manipulyasiyasında ittiham edirlər. Müstəntiqlərin fikrincə, konsernin keçmiş rəhbəri bilirdi ki, 2014-cü ildə konsern on milyonlarla avroya avtomobilin proqram təminatını yeniləyib, bu isə havanın çirklənməsi ilə bağlı problemi həll etməyib.
Vinterkorn günahını etiraf etmir.
Onun vəkili Feliks Derr bildirib ki, müdafiə nöqteyi-nəzərindən qalmaqalın baş qaldırdığı illərdə Vinterkornun "Volkswagen"in sədri vəzifəsində işləməsi onu günahkar etmir.
Prosesin 2025-ci ilin sentyabrına qədər davam edəcəyi gözlənilir.
2015-ci ildə məlum olub ki, "Volkswagen" avtomobilləri havaya buraxılan qazların tərkibindəki zərərli maddələrin göstəricilərini aşağı qiymətləndirməyə imkan verən proqram təminatı ilə təchiz edilib. Bu sistem sayəsində avtomobillərin qəbul edilmiş standartlara tam cavab verdiyi görünürdü, reallıqda isə göstəricilər havanın çirklənməsinin müəyyən edilmiş maksimum səviyyəsindən bir neçə dəfə yüksək olub.
İstintaq hesab edir ki, Vinterkorn manipulyasiyalar barədə məlumatlı idi, lakin maliyyəçilər və investorlar üçün potensial risklər barədə dərhal məlumat verməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












