“Vosmoy bazarı"nda antisanitar vəziyyət hökm sürür - Məsuliyyəti kim daşıyır? - VİDEO

Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
Bu barədə Avtosfer.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunur ki, bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur.
Yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır.
Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyekləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












