Banner

Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO

Hadisə 21 Oktyabr 2026 12:06
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Avtosfer.az xəbər verir ki, Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb.

Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Binə qəsəbəsində çoxlu sayda xalçanın qalaq-qalaq yığıldığını əks etdirən görüntülər yayılmışdı. İddia olunurdu ki, müştərilərdən xalçaların təmizlənməsi üçün pul alınsa da, sonradan onları təhvil alan şəxs zənglərə cavab verməyib. 

 

FOTO QALEREYA
Oxunub : 518
ŞƏRH YAZ
Ad

E-mail

Şərh