Xəstəxananın direktorları əlbir olub işçilərin maaşlarını mənimsədilər

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları - Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı maliyyə şöbəsinin müdiri Asif Həsənova hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndiriliblər.
Sözügedən şəxslərlə bərabər və eyni maddə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının sabiq xəzinədarı və terapiya şöbəsinin müdirinə də cəza verilib.
Belə ki, 2007-ci ildən 2022-ci ilin iyul ayınadək Ələkbər Əkbərov, Səidə Şahpələngova və digər təqsirləndirilən şəxslər əlbir olaraq hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında 10 nəfəri işə götürərək onların adlarına yazılmış ümumilikdə 206 316 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyiblər.
Pulun 20 faizi işçilər, qalanı isə baş həkimlər arasında bölünüb.
Məhkəmənin hökmü ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Ələkbər Əkbərova iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Səidə Şahpələngova altı il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Asif Həsənova və sabiq xəzinədara beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.
Xəstəxananın terapiya şöbəsinin müdiri isə beş il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












