Xırda qəzaya görə bütün yol bağlandı - FOTO

Yəqin belə bir hadisənin çoxları şahidi olub: bir avtomobil digərinə cüzi toxunur, lakin heç bir ciddi zədələnmə və xəsarət baş vermir. Ancaq sürücülər avtomobili yolun hərəkət hissəsində saxlayıb bütün arteriyada hərəkəti iflic edirlər.
Avtosfer.az xəbər verir ki, qəza Mehdi Hüseyn küçəsində baş verib. Azərbaycan Televiziyası ilə Milli Məclisin arasında. Əslində ortada heç bir ciddi hadisə yoxdur. Hadisə yerinə polis, təcili yardım və ya xilasedici çağırmaq zərurəti də yaranmayıb. Böyük ehtimalla avtomobillərin arasında ara məsafəsi az olduğundan sürücülər vaxtında reaksiya verə bilməyiblər. Bir sözlə tipik azərbaycansayağı qəza. Lakin xırda bir qəzaya görə İçərişəhərdən Şəhidlər Xiyabanı dairəsinədək bütün hərəkət 5 dəqiqədə iflic oldu. Oksford məktəbi istiqamətinə yol demək olar bağlandı. Qəza edənlərin isə heç nə vecinə deyildi.
İstənilən sürücüyə məlumdur ki, xırda qəzalarda sığorta pul ödəmir. Bütün dünyada olduğu kimi bizdə də franşiza tətbiq eidlir. Lakin kifayət qədər sürücü var ki, belə xırda qəza hallarında yeganə məqsədləri qarşı tərəfdən pul qoparmaqdır. Çox vaxt da bunu köhnə, ucuz avtomobillərlə edirlər. Bir sözlə, qəzanı biznesə çevirən “diribaş” sürücülər tapılır.
Ümumilikdə isə, bu cür xırda qəzalarda hərəkəti iflic edənlərin cəzalandırılması zəruridir. Çünki ictimai maraq şəxsi marağın fövqündə dayanmalıdır.
PS. Bu yaxınlarda bir taksi sürücüsü etiraf etdi ki, kredit ödəməyə pulu olmadığı vaxtda başqa bir sürücü işıqforda onun maşınına toxunaraq yüngülcə cızıb. O da qarşı tərəfdən aldığı 500 manatın 300-nü kredit ödəyib, qalanı isə yeyib-içib.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















