Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bununla bağlı müdir Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılıb.
Müdir məcburi şəkildə “fond pulu”nun yığılmasını tələb edir:
“Bu bağça üçün öz hesabıma hər şey etmişəm. Heç bir müəllim ilə artıq işləməyəcəyəm. 24 uşaqdan Yeganə müəllimə 3 uşağın “fond pulu”sunu yığıb. Cəmi 60 manat. Bu gün 1135 manat jalüz ustasına pul vermişəm. Problem deyil. Mənim evimdə pulum var. Evimdən də o pulu göndərə bilərəm. Axı nə qədər belə olacaq? Ayağınızı-ayağınız üstə aşırıb, yelləyirsiniz. Hansı yaxşı işinizə görə? Daha bəsdir. İnsanı bu həddə çatdırmayın. Özünüz buna məni məcbur etdiniz. Özünüzə gəlin. Dostluq tanışlıq bir yerə qədər. Həddi aşmağı sevmirəm. Qrupdakı uşaqlara da eyni münasibət bəslənilmir”.
Məsələ ilə bağlı Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












