Xırdalanda park bağlandı, ağaclar yoxa çıxdı - FOTO

Xırdalan şəhərində yerləşən "Kristal Abşeron-1" yaşayış kompleksindəki park bağlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.
Onlar deyir ki, bir müddətdir parkın bir hissəsi hasarlanıb, ərazidəki ağaclar çıxarılıb və parkın ərazisində tikinti işlərinə start verilib.
Kompleks nümayəndələri sakinlərə parkın ərazisində su anbarı inşa edildiyini söyləyiblər. Sakinlər isə parkda aparılan tikinti işlərindən narazı olduqlarını bildiriblər.
Parkətrafı ərazidən mənzil alan sakinlər deyir ki, su anbarının binaların həyətində inşa edilməsi təhlükəsizlik məsələlərinə xələl gətirə bilər. Eyni zamanda onlar məhz eyvanları park ərazisinə açıldığı üçün vaxtilə buradakı binalardan mənzil aldıqlarını söyləyiblər.
Buna görə də parkın ərazisindəki ağacların çıxarılmasını, burada hər hansısa tikinti işlərinin aparılmasını və bununla da park ərazisinin kiçildilməsini hüquqlarının pozulması kimi qiymətləndirirlər.
İqtisadiyyat.az sözügedən məsələ ilə bağlı 13 may 2024-cü il tarixində "Kristal Abşeron"a sorğu ünvanlayıb. Həmin vaxtdan iki həftə keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
























