Xırdalanda pilləkənin çökdüyü yaşayış binasında təmir işləri aparılacaq

Xırdalan şəhərində pilləkənin çökdüyü yaşayış binasında təmir-bərpa işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, müvafiq rəy hazırlandıqdan sonra binada təmir-bərpa işləri görülcək:
“1991-ci ildə sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1-ci binanın 1-ci blokunun giriş hissəsində – pilləkən qəfəsində çökmə baş verib.
Dərhal Abşeron Rayon İcra Hakimiyyəti və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumlarına məlumat verilib.
Çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra təmir-bərpa işlərinə başlanılacaq”.
Xatırladaq ki, bu gün Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












