Yağış kommunal təsərrüfatı məhv edib - Sakinlər çətin vəziyyətdədir - VİDEO

Bakıda intensiv yağıntıdan iki gün keçməsinə baxmayaraq, leysanın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Sakinlər yağışdan sonra yaranan vəziyyətdən əziyyət çəkirlər. Bunlar azmış kimi, bəzi evlərin kommunal sistemi də məhv olub.
Avtosfer.az-ın məlumatına görə, söhbət Binəqədi rayonu, Zəngəzur küçəsindən gedir.
Hazırda həmin küçədə yerləşən binalardan birində işıq, su və qaz yoxdur.
Sakinlərin sözlərinə görə, yağış kəssə də, məhəllələrinə, evlərinə yığılan su olduğu kimi qalıb.
Onlar bildiriblər ki, hazırda vəziyyətin belə olmasına səbəb ərazidə kanalizasiya sisteminin düzgün işləməməsidir.
Məsələ ilə bağlı bina nəzarətçisi bildirdi ki, ərazi sulardan tam təmizləndikdən sonra binanın kommunal xidmətləri yenidən bərpa ediləcək.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, problemlə bağlı rayon sukanal idarəsinə məlumat verilib və mövcud vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülür.
Binəqədi rayonu sukanal idarəsi ilə də əlaqə saxladıq. Qeyd olundu ki, artıq ərazidən suların təmizlənməsi üçün işlərə başlanılıb. Gün ərzində ərazi sulardan tam təmizlənəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












