Yarım milyard manatlıq kibercinayətkarlıqla əlaqədar məhkəmə heyətinə etiraz

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə baxışında müdafiəçilər vəsatətlərlə çıxış ediblər.
Təqsirləndirilən Bahadur Qasımovun vəkili müdafiə etdiyi şəxsin səhhətindəki problemlərlə bağlı müayinə olunmasının zəruriliyini bildirib.
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti qismən təmin edib.
Təqsirləndirilən İkram Qasımovun vəkili də məhkəmə vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsin qızılların rəsmiləşdirilməsindən xəbəri olmayıb: “Ümumiyyətlə, İkramdan götürlən qızıllarla Vəlinin Qubadan gətirdiyi qızıllar fərqlidir. O, qızılların rəsmiləşdirilməsisindən xəbərsizdir. İkram qızılları hava limanında neytral ərazidə digər şəxsə verib. İkram qızılları Dubaydan qanuni gətirib, oradakı hava limanında qızılları bəyan edib. Biz Dubaydakı şirkətdən etibarnamə əsasında o sənədi gətirib məhkəməyə təqdim edə bilərik. Bu prosesə məhkəmə şərait yaratmalıdır”.
Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmə heyətinə etiraz edəcəklərini bildiriblər. Onlar bunun üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmə etiraz məktubu yazılması üçün müdafiəçilərə vaxt verib.
Proses oktyabrın 4-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
İki dəfə sərxoş tutulan sürücünün 83 minlik maşını hərracda satılacaq – SƏRT QƏRAR
Qubada sürüşən yolda vəziyyət daha da pisləşdi - VİDEO
Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı - FOTOLAR
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu
Polis əməliyyat keçirdi; Samir Mirzəyev saxlanıldı - FOTO - VİDEO
Kişi tanışını güllələdi, sonra... - Ağdamda cinayət hadisəsi
Vüqar Ağayev BƏRAƏT ALDI: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?










