Yasamalda binanın balkonu uçdu - AÇIQLAMA - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı sakinlər Oxu.az-a göndəriblər.
Balkonu uçan binanın tarixi tikili olduğu iddia edilir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.
"Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
O qeyd edib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış binaları olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir:
"Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb. Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan layihə düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib. Hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












