Yasamalda dilənçi uşaq sürücülərə təhlükə yaradır - DİN-dən AÇIQLAMA - VİDEO

Paytaxtın Yasaml rayonu A. Salamzadə küçəsində maraqlı görüntülər qeydə alınıb. Belə ki, şəhərin başqa küçələrində də tez-tez rastlaşılan dilənçi uşaqlar həm özləri, həm də avtomobillər üçün təhlükəli anlar yaşadıb.
Yolun kənarında uşaqla əyləşən xanım isə avtomobildən onları çəkdiklərini görəndə özünün və qucağındakı uşağın üzünü örtməyə çalışıb.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır.

“Yetkinlik yaşına çatmayan şəxsin valideyni və ya digər yetkinlik yaşına çatmış şəxs tərəfindən dilənçiliyə sövq edilməsi faktları aşkarlandıqda həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Şəxslər qeydiyyatda olduğu əraziyə göndərilir və haldan asılı olaraq diləndirilən azyaşlının müvafiq sığınacağa yerləşdirilməsi təmin olunur.
Cari ilin 4 ayı ərzində ölkə üzrə tüfeyli həyat tərzi keçirən 74 nəfər müəyyən edilib. Həyat tərzi, yaşayışı, məşğuliyyəti dilənçilik olan şəxslərin yanında 54 azyaşlı müəyyən olunub ki, hər faktla bağlı polis tərəfindən qanunamüvafiq tədbirlər görülüb”.
Həmin görüntünü sizə təqdim edirik:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












