Yaşlı kişini maşınla vurub öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüsal Piriyevin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, hadisə ötən il mayın 23-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü, "Xəzər" mühafizə xidmətində mühafizəçi işləyən Vüsal Piriyev idarə etdiyi "BYD" markalı avtomobillə Binəqədi kəndi istiqamətində hərəkətdə olarkən piyada - 1968-ci il təvəllüdlü Kərəm Fərzəliyevi vurub. Nəticədə piyada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
(e.huquq.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












